Xəbər lenti
15-09-2026, 17:52
 

Vüqar Novruzov növbəti dəfə səyyar görüş keçirdib Fotolar

Tarix: 12-02-2026 19:38     Baxış: 854

Ölkə rəhbərinin tapşırıq və tövsiyələrinə uyğun olaraq, vətəndaş müraciətlərinin yerində dinlənilməsi və operativ həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən səyyar qəbul qrafikinə əsasən Göygöl şəhəri, M.Ə.Rəsulzadə, A.Hacıyev və S.Hacıyev küçələrinin sakinləri ilə görüş keçirilib.

Mubarizciler.az xəbər verir ki, səyyar qəbulda RİH-nin məsul əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə sədri və müvafiq xidmət sahələrinin nümayəndələri iştirak ediblər.

Görüş zamanı sakinlər tərəfindən qaldırılan müraciətlərin bir qismi yerində həllini tapıb, əlavə araşdırma və vaxt tələb edən məsələlərlə bağlı isə aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilərək icrası nəzarətə götürülüb.

Sakinlər göstərilən diqqət və operativ münasibətə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar