Xəbər lenti

Zakir Quliyev – Milli əhəmiyyətli məsuliyyəti peşəkarlıqla yerinə yetirən, dövlətə və vətənə sədaqətlə xidmət edən dövlət xadimi

Tarix: 12-02-2026 12:50     Baxış: 903

Su təsərrüfatı və meliorasiya sahəsi Azərbaycan Respublikasının kənd təsərrüfatının dayanıqlı inkişafı, ərzaq təhlükəsizliyi və ekoloji sabitliyi baxımından milli əhəmiyyət daşıyan əsas sahələrdən biridir.

Bu istiqamətdə əldə olunan real və davamlı nəticələr isə bilavasitə peşəkar idarəçilik, elmi yanaşma və yüksək məsuliyyət hissi ilə çalışan dövlət xadimlərinin fəaliyyəti ilə bağlıdır. Belə nümunəvi dövlət xadimlərindən biri də uzun illərdir su və meliorasiya sahəsində səmərəli fəaliyyəti ilə seçilən Zakir Quliyevdir 1998–2006-cı illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı qurumlarında – Sabirabad Suvarma Sistemləri İdarəsinin və Kür-Araz çaylarında bəndlərin istismarı idarəsinin rəisi kimi fəaliyyət göstərmişdir. Məhz bu dövrdə onun bacarıqlı təşkilatçı rəhbərliyi nəticəsində Sabirabad rayonu ərazisində su və meliorasiya sahəsi tam sistemləşdirilmiş, bu istiqamətdə ciddi və davamlı problemlər aradan qaldırılmışdır. Bu gün Sabirabad rayonunda su və meliorasiya ilə bağlı hər hansı böhran xarakterli vəziyyətin mövcud olmaması Zakir Quliyevin elmi biliklərinin, zəngin praktiki təcrübəsinin və yüksək təşkilatçılıq qabiliyyətinin bariz nümunəsidir. 2006-cı ildən etibarən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsində çalışan Zakir Quliyev, Kür-Araz çaylarında bəndlərin möhkəmləndirilməsi, daşqın və sel risklərinin qarşısının alınması, su ehtiyatlarının qorunması və kənd təsərrüfatının su təminatının yaxşılaşdırılması istiqamətində yüksək məsuliyyətlə fəaliyyət göstərir. Bu fəaliyyət çərçivəsində Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi Elman Nuriyev  də Zakir Quliyevin rəhbərliyi altında eyni məqsədlərin icrasında fəal və səmərəli iştirak edir. Zakir Quliyev yalnız peşəkar dövlət xadimi deyil, eyni zamanda dərin ictimai nüfuza malik, el-obaya dayaq olan müdrik ağsaqqaldır. O, Heydər məscidində mərasim evinin tikintisinə köməklik göstərmiş, Sabirabad rayonunun Cavad kəndində və digər yaşayış məntəqələrində mərasim evlərinin inşasına, məscidlərin təmirinə, şəhid abidələrinin ucaldılmasına dəstək vermişdir. Kasıb və aztəminatlı ailələrə, xüsusilə gənclərin ailə qurması zamanı nişan və toy mərasimlərinin təşkilinə göstərdiyi xeyriyyəçilik fəaliyyəti onun humanist və sosial məsuliyyətli mövqeyini açıq şəkildə nümayiş etdirir. Rayon əhalisi arasında Zakir Quliyev diqqətli münasibəti, hörmətli rəftarı, sadəliyi və insanlara yaxınlığı ilə tanınır. O, vətəndaşın probleminə biganə qalmayan, dövlətlə cəmiyyət arasında sağlam etimad körpüsü yaradan ziyalı dövlət xadimidir.

Zakir Quliyev Ümummilli Liderimiz, dahi Heydər Əliyevin Əmanət və Vəsiyyətlərinə fədakarcasına sadiq olan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi dövlətçilik kursuna qətiyyətlə və sədaqətlə xidmət edən dövlət xadimidir.

 Onun fəaliyyəti milli maraqlara, dövlətin strateji hədəflərinə və xalqın rifahına xidmət edir. Meliorasiya və su təsərrüfatının inkişafı sahəsindəki xidmətlərinə görə Zakir Quliyev Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adına, 2018-ci ildə isə “III dərəcəli Əmək ordeni”nə layiq görülmüşdür. Bu təltiflər onun dövlətə və xalqa sədaqətli xidmət yolunun rəsmi və layiqli qiymətləndirilməsidir. Bu gün Zakir Quliyev vətənpərvər ziyalı, bacarıqlı təşkilatçı rəhbər, xalqın etimadını qazanmış nüfuzlu dövlət xadimi kimi tanınır. Onun fəaliyyəti sübut edir ki, milli əhəmiyyətli və yüksək məsuliyyət tələb edən sahələr yalnız peşəkarlıq, vicdan və dövlətə sədaqət prinsipləri əsasında uğurla idarə oluna bilər.    Əlavə olaraq qeyid etmək isdəyirəm ki. Şəhid Elgizin Atası Fuad Abassaovda bildirir ki  Hörmətli Zakir Quliyev və Elman Nuriyev şəhid ailələrinin və qazilərin dəstəklənməsi məsələsində həssas yanaşırlar.Su təsərüfatı sahəsində calışan şəhid ailələri və qazilərə xüsusi diqqət yetirilir. Onların prablemlərinin həlli istiqamətində müvafiq addımlar atılır.    Şəhid ailələrinin, qazilərmizin və rayon sakinlərinin adından sizlərə sonsuz təşəkkürlərimizi və minnətdarlığımızı bildiririk.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar