Xəbər lenti

Goranboyda “Yeni çağırışlar dövründə Azərbaycan gəncliyinin vəzifə və öhdəlikləri” mövzusunda görüş keçirildi Fotolar

Tarix: 11-02-2026 17:47     Baxış: 812

10 fevral 2026-cı il tarixdə Goranboy Gənclər Paytaxtı çərçivəsində, Goranboyda, Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon Təşkilatı, rayon İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Yeni çağırışlar dövründə Azərbaycan gəncliyinin vəzifə və öhdəlikləri” mövzusunda gənclərlə görüş keçirildi.

Mubarizciler.az xəbər verir ki, görüşdə çıxış edən, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov, YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev gənclərin bilikli, məsuliyyətli və təşəbbüskar mövqeyinin ölkənin davamlı inkişafında mühüm rol oynadığını bildirdilər. Azərbaycan gəncliyi dövlət tərəfindən yaradılan imkanlardan səmərəli istifadə etməli, ictimai proseslərdə fəal iştirak etməli və cəmiyyətin inkişafına öz töhfəsini verməlidir. Çıxışlarda gənclərin vətənpərvərlik ruhunda formalaşmasının, sosial məsuliyyət daşımasının və gələcəyə yönəlmiş təşəbbüslərdə aktiv olmasının əhəmiyyəti xüsusi vurğulandı.

Tədbir çərçivəsində gənclər öz növbəsində rəsmilərə sual və təkliflərini ünvanlayaraq müzakirələrdə fəal iştirak etdilər. Tədbir gənclər tərəfindən maraqla qarşılandı.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar