Orxan Abbasov Çanaqçı kənd sakinləri ilə görüşüb Fotolar

Fevralın 10-da Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun təsdiq olunmuş qrafikə uyğun olaraq Çanaqçı kəndində keçirilən vətəndaşların səyyar qəbulunda rayonun idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi və sakinlər iştirak ediblər.
Mubarizciler.az xəbər verir ki, İcra başçısı Orxan Abbasov giriş nitqində diqqətə çatdırıb ki, Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Daşkəsən rayonunda icra orqanları əhali ilə müntəzəm əlaqə saxlayır, yerlərdəki vəziyyət araşdırılır, təhlil edilir. Vətəndaşların qayğılarının, arzu və istəklərinin öyrənilməsi üçün davamlı səyyar qəbullar keçirilir, müşavirələr, görüşlər, açıq söhbət günləri təşkil olunur, məsələlərin çoxu yerində həll edilir və ya aidiyyəti yuxarı təşkilatlar qarşısında məsələ qaldırılır. Səyyar qəbullarda, görüşlərdə irəli sürülən məsələlər, qaldırılan problemlər, ayrı-ayrı vətəndaşların müraciətləri, bələdiyyələrin və icra nümayəndələrinin təklifləri ümumiləşdirilir, əməli iş proqramı hazırlanır, icrasına nəzarət edilir.
Rayon rəhbəri Orxan Abbasov ötən dövrlərdə Çanaqçı inzibati ərazi vahidliyində xeyli abadlıq-quruculuq işlərinin aparıldığını qeyd edərək, Çanaqçı kənd ümumi orta ümumtəhsil məktəb binasının modul tipli olmaqla yenidən inşa olunduğunu bildirib. Həmçinin qeyd edib ki, sel sularının tamamilə dağıdaraq apardığı kəndlə rayon mərkəzi arasında əlaqə yaradan avtomobil körpüsü yenidən inşa olunmuş, elektrik, rabitə təsərrüfatı təzədən qurulmuşdur. Habelə ərazidə sakinlərin məşğulluğunun artırılmasına, turizmin inkişafına dair tədbirlər davam etdirilmişdir.
Sonra sakinlərin müraciətləri dinlənilib. Aidiyyəti yerli qurumların rəhbərlərinə tövsiyə və tapşırıqlarını verən icra başçısı Orxan Abbasov qaldırılan müraciətlərin bir qismini yerində həll edib. Yerli icra strukturlarının səlahiyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata götürülüb.
Qəbulda iştirak edən Çanaqçı kənd sakinləri onlara hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.



Xəbəri paylaş








































0772703001 