Xəbər lenti
25-07-2026, 19:27
 

Prezident Vensə bu fotoları göstərdi Video

Tarix: 11-02-2026 11:57     Baxış: 1 449

Məlum olduğu kimi, ABŞ-nin vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda mühüm rəsmi qarşılanma mərasimi baş tutub.

Mubarizciler.az xəbər verir ki, fevralın 10-da Zuğulba iqamətgahında keçirilən mərasimdən sonra maraqlı anlar yaşanıb.

Belə ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva vitse-prezident Vens və xanımı Uşa Vensə ailə albomundan olan özəl fotoları təqdim ediblər. Həmin fotolarda müxtəlif dövrlərdə Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin ABŞ-nin yüksəkrütbəli rəsmiləri ilə keçirilən görüşlər əks olunub.

Qeyd edək ki, səfər çərçivəsində tərəflər arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya imzalanıb. Sənəd iqtisadiyyat, təhlükəsizlik və süni intellekt sahələrində əməkdaşlığı nəzərdə tutur.

Xatırladaq ki, bu səfər son 18 ildə ABŞ vitse-prezidentlərinin Azərbaycana ilk gəlişi kimi tarixə düşüb.







Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar