Xəbər lenti

Azər Qocayev şəhid Orucov Dağbəyi Sabay oğlunun ailəsini ziyarət edib Fotolar

Tarix: 11-02-2026 11:50     Baxış: 903

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər rayon Polis Şöbəsinin rəisi, polkovnik Haxverdi Əkbərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəisi, polkovnik Zöhrab Camalov və Kəlbəcər RİH-in məsul əməkdaşları şəhid Orucov Dağbəyi Sabay oğlunun ailəsini  ziyarət edib.

Mubarizciler.az xəbər verir ki, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərimizə olan diqqət və qayğısından söz açaraq ailənin qayğıları ilə maraqlanıb, 44 günlük şərəfli zəfər tarixmizə və lokal antiterror əməliyyatlarına nəzər salaraq şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan bəhs edib. Eyni zamanda bildirilib ki, onların əziz xatirəsi hər zaman anılacaq, xalqımız və dövlətimiz tərəfindən unudulmayacaqdır.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqətə görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, şəhid Orucov Dağbəyi Sabay oğlu 17 noyabr 2002-ci il tarixində Tərtər rayonunun Bəyimsarov kəndində anadan olub. 2008-ci ildə Tərtər rayon Sarov kənd tam orta məktəbin 1-ci sinfinə daxil olub, sonradan orta məktəbini Göygöl rayon Murovdağ qəsəbəsində davam etdirib. 2018-ci ildə orta məktəbi bitirdikdən sonra Türkiyə HİTT Universitetinə daxil olub. Universiteti bitirdikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər Rayon Bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.

Gənc yaşlarından milli dəyərlərə, dövlətçilik ənənələrinə və vətən sevgisinə dərindən bağlı olan Orucov Dağbəyi hərbi sahədə nümunəvi intizamı və döyüş hazırlığı ilə seçilmişdir. Onun hərbi xidməti 2023-cü ilin sentyabr ayında Azərbaycan Respublikasının Qarabağ bölgəsində separatçı rejimin ləğvinə yönəlmiş lokal xarakterli antiterror tədbirləri çərçivəsində daha da fəallaşmışdır. Məhz bu əməliyyatlar zamanı 19 sentyabr 2023-cü il tarixində  Xocalı rayonu Dağdağan kəndi istiqamətində aparılan döyüş tapşırığı zamanı göstərdiyi qəhrəmanlıq nəticəsində şəhidlik zirvəsinə ucalmışdır.

Onun qəhrəmanlığı dövlətin ərazi bütövlüyünün bərpası və milli təhlükəsizliyin təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edən bir əməliyyatın tərkib hissəsi olmuşdur. Şəhidin fədakarlığı təkcə ailəsi və yaxın ətrafı üçün deyil, həm də ümummilli şüurda milli ruhun, döyüş əzminin və Vətənə sədaqətin simvoluna çevrilmişdir.

Göygöl rayon Murovdağ qəsəbəsində dəfn olunmuşdur. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” medalı (ölümündən sonra) və 3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni (olümündən sonra) ilə təltif edilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar