Xəbər lenti
31-01-2026, 15:41
 

Beyləqan məktəbliləri polisin xidməti ilə yaxından tanış olublar Fotolar

Tarix: 09-02-2026 22:08     Baxış: 917

Gənclərin gələcək təhsillərində Daxili İşlər Nazirliyinin Polis Akademiyasına üstünlük vermələrinin təmin edilməsi məqsədilə təbliğat və təşviqat işləri davam etdirilir

Mubarizciler.az xəbər verir ki, bu istiqamətdə Beyləqan Rayon Polis Şöbəsində də "Gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsi" mövzusunda orta təhsil müəssisələrinin yuxarı sinif şagirdlərinin iştirakı ilə tədbir keçirilib.

Tədbirdə Beyləqan RPŞ-nin rəisi polis polkovniki Ceyhun Qurbanov, hazırda Polis Akademiyasında təhsil alan rayonun orta məktəblərinin məzunları və gənc polis zabitləri iştirak ediblər.

Görüşdə şagirdlərə “Hüquqşünaslıq” və “İnformasiya təhlükəsizliyi” ixtisasları üzrə qəbul qaydaları, Polis Akademiyasının “Virtual Akademiya” platforması, ödənişsiz təhsil resursları, geyim və yataqxana ilə təminat, polis xüsusi rütbəsi və hərbi mükəlləfiyyətli hesab edilməklə hərbi rütbənin verilməsi, təhsil müddətinin iş stajına daxil edilməsi və yüksək təqaüd imkanları barədə geniş məlumat verilib.

Çıxış edən kursantlar Polis Akademiyasında təhsil almağın üstünlükləri barədə danışaraq onların hər zaman ölkə rəhbərliyinin qayğı və diqqəti ilə əhatə edildiklərini bildiriblər.

Tədbir zamanı şagirdlər həmçinin Beyləqan Rayon Polis Şöbəsində Növbətçi Hissə, Təhlükəsiz Şəhər otağı, Kriminalist Tədqiqatlar, eləcə də Post Patrul və Yol Patrul Xidmətinin işi ilə də yaxından tanış olublar.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Bölgə
Fotosesiya
Çox oxunanlar