Xəbər lenti

Xocavəndin İcra başçısı Bakı şəhər Nərimanov rayonunda məskunlaşan rayon sakinləri ilə növbəti səyyar qəbul keçirdib Fotolar

Tarix: 09-02-2026 18:17     Baxış: 994

06 fevral 2026-cı il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun Nərimanov rayonunda məskunlaşan rayon sakinləri ilə növbəti səyyar qəbulu keçirilmişdir.

Mubarizciler.az xəbər verir ki, qəbulda rayon sakinləri, İcra Hakimiyyətinin əməkdaşları iştirak etmişlər. 

Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov qəbulda çıxış edərək bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasını cənab Prezident İlham Əliyev müasir tarixi şəraitə uyğun  uğurla davam etdirərək respublikamızın böyük uğurlara imza atmasına nail olmuşdur. Ulu Öndər Heydər Əliyevin milli maraqlara əsaslanan, demokratik dəyərləri, qarşılıqlı hörmət və etimad prinsiplərini  özündə ehtiva edən siyasətini ardıcıl islahatlarla zənginləşdirərək ölkəmizin davamlı inkişafını təmin edən cənab Prezident İlham Əliyev Azərbaycanın qüdrətini və nüfuzunu daha da artırmış, onun regiondakı lider mövqeyini möhkəmləndirmiş, dünyada dialoq və əməkdaşlıq məkanı, etibarlı və konstruktiv tərəfdaş imicini gücləndirmişdir. Vahid milli ideya-azərbaycançılıq ideologiyası əsasında ictimai-siyasi sabitliyin qorunması, ardıcıl sosial-iqtisadi və siyasi-hüquqi islahatların həyata keçirilməsi ölkəmizdə milli birliyin güclənməsini şərtləndirmişdir. 

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində parlaq Zəfərə imza ataraq öz ərazi bütövlüyünü, antiterror əməliyyatı nəticəsində isə suverenliyini bərpa edən Azərbaycan siyasi, sosial-iqtisadi və hərbi-strateji sahələrdə əldə etdiyi müvəffəqiyyətlərlə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. 

Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra tamamilə yeni siyasi, sosial-iqtisadi və mədəni-humanitar çağırışlar meydana çıxmışdır ki, bunlardan biri də 2030-cu ilədək beş Milli Prioritetdən biri olan işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin edilməsidir. Həmin bölgədə aparılan bərpa və yenidənqurma işləri dövlət siyasətinin əsas prioritetlərindən biri kimi cənab Prezident İlham Əliyevin birbaşa tapşırıqları və şəxsi nəzarəti altında icra olunur.   

Qəbulda iştirak edən sakinlərin hər biri ayrılıqda dinlənilərək qaldırılan bütün məsələlər nəzarətə götürülmüş və bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verdilmişdir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar