Xəbər lenti
25-07-2026, 19:27
 

Goranboyda şəhid anası dünyasını dəyişib Fotolar

Tarix: 08-02-2026 20:55     Baxış: 3 297

Goranboyda şəhid anası dünyasını dəyişib.

Mubarizciler.az xəbər verir ki, Goranboy rayon Fəxralı kənd sakini 1970 - ci il təvəllüdlü Əminə Rizvan qızı Nuriyeva dünyasını dəyişib.

Qeyd edək ki, Əminə Nuriyeva Vətən Müharibəsinin ilk Goranbolu şəhidi Kərim Həsrət oğlu Yusifovun anasıdır.

Allah rəhmət eləsin.

Kərim Yusifov Həsrət oğlu 1995-ci il avqustun 1-də Goranboy rayonunun Fəxralı kəndində anadan olub. 2001-ci ildə Fəxralı kəndindəki T. Sadıqov adına Faxralı kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul edilib və 2012-ci ildə həmin məktəbi bitirib.
Hərbi xidmətini başa vurduqdan sonra 2016-сı ildən etibarən Tərtər rayonunda N saylı hərbi hissədə MAXE hərbi qulluqçu kimi işə başlayıb. 2020-ci ilin sentyabr ayında məzuniyyətdə olmasına baxmayaraq, vəziyyətlə əlaqədar olaraq sentyabrın 26-da geriyə, hərbi hissəyə qayıdıb. Vətən müharibəsi zamanı Tərtər rayonunun Talış və Suqovuşan kəndlərinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşüb və döyüşlərin ilk günündə, sentyabrın 27-də şəhid olub. Goranboy rayonunun Fəxralı kəndində dəfn olunub.
Ölümündən sonra "İgidliyə görə" , "Laçının azad olunmasına görə" , "Suqovuşanın azad olumasına görə" “Vətən uğrunda” medalları ilə təltif olunub.


Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar