Müstəqim Məmmədov Köçərli kənd sakinlərinin müraciətlərini dinləyib Fotolar

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Mubarizciler.az xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Köçərli kənd İƏD üzrə nümayəndəliyin Köçərli kəndində keçirilib.
Qəbulda YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər. Əvvəlcə rayon rəhbəri kənddə şəhidlərin xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri düzüb, xatirələrini ehtiramla yad ediblər. Rayon rəhbəri respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Köçərli kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən, rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışıb, bildirib ki, əhali fasiləsiz olaraq işıq, qaz və su ilə təmin olunur. Qeyd olunub ki, Köçərli kəndinin 1281 hektar ərazisi, 438 təsərrüfatı, 1891 nəfər əhalisi var. Ərazidə 1 tam orta məktəb, 1 kitabxana, 1 tibb məntəqəsi, 7 ticarət obyekti, 2 iaşə obyekti və 21 subartezian quyusu yerləşir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 1276 baş iribuynuzlu, 986 baş xırdabuynuzlu heyvan, 7504 baş quş və 41 arı ailəsi saxlayırlar.
Son üç ildə Köçərli kəndində su arxları 5700 metr məsafədə lildən təmizlənib, kənd arası yollar 1200 metr məsafədə təmir olunub, kənd ərazisinə 1250 ədəd müxtəlif növ ağac əkilib, kəndarası yolların kənarları alaq otlarından və məişət tullantılarından təmizlənib və məişət tullantılarının məhv edilməsi üçün 3 ədəd quyu qazılıb. Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha, narkotok və psixotrop maddələrdən istifadəyə qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib. Sonra söz sakinlərə verilib. Kənd sakinlərindən Səməddin Hacıyev əkin sahələrinin suvarma suyu ilə təmin olunması, Əkbər Hacıyev kəndin elektrik xətlərinin kabelləşdirilməsi, Cəfər Şamilov subartezian quyusunun bərpa olunması, Ələddin Aslanov suvarma arxının təmizlənməsi, Şahin Əhmədov oğlunun heyvandarlıq zərfi üzrə aktivlərlə təmin olunması və digər məsələlər ilə bağlı müraciət ediblər. Qaldırılan məsələlər ilə əlaqədar rayon rəhbəri tərəfindən əlaqədar şəxslərə aidiyyəti tapşırıqlar verib. Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.



Xəbəri paylaş








































0772703001 