Xəbər lenti
26-09-2026, 12:29
 

Anar Məmmədov Ağdərədən olan sakinləri qəbul etdi Fotolar

Tarix: 21-01-2026 17:18     Baxış: 1 267

Milli Məclisin deputatı Anar Məmmədov Abşeron Rayon Mədəniyyət Mərkəzində Ağdərə rayonundan olan sakinlərin növbəti qəbulunu keçirib.

Mubarizciler.az xəbər verir ki, fərdi qaydada baş tutan qəbul zamanı millət vəkili sakinlərin müraciətlərini, şikayət və təkliflərini tək-tək dinləyib. Görüşdə vətəndaşların qaldırdığı müxtəlif mövzulu məsələlər aidiyyəti üzrə qeydiyyata alınıb.

Qəbul zamanı millət vəkilinin səlahiyyətləri çərçivəsində həll edilməsi mümkün olan bir sıra problemlər yerindəcə öz müsbət həllini tapıb. Araşdırılması tələb olunan digər müraciətlərlə bağlı isə müvafiq qurumlara sorğuların göndərilməsi və nəticələrin izlənilməsi qərara alınıb.

Görüşdə iştirak edən ağdərəli sakinlər onlara göstərilən diqqətdən və müraciətlərinin həssaslıqla dinlənilməsindən məmnunluqlarını ifadə ediblər. Vətəndaşlar ölkədə həyata keçirilən genişmiqyaslı sosial layihələrə, şəhid ailələrinə, qazilərə və məcburi köçkün ailələrinə göstərilən davamlı qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya sonsuz minnətdarlıqlarını bildiriblər.









Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar