Xəbər lenti
26-09-2026, 12:29
 

Göyçayda gələcəyin polis zabitləri ilə görüş keçirilib Fotolar

Tarix: 21-01-2026 14:20     Baxış: 2 100

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsil almaq istəyən şagirdlər və onların valideynləri ilə Göyçay Rayon Polis Şöbəsində görüş təşkil olunub.

Mubarizciler.az xəbər verir ki, RPŞ-nin rəisi polis polkovniki Müqalib Abdıyev Polis Akademiyasında həyata keçirilən müasir təlim-tədris prosesi və burada təhsil almağın üstünlükləri barədə məktəblilərə məlumat verib.

Həmçinin Polis Akademiyasının tarixi, orada yaradılmış tədris, elmi və sosial mühit, kursantların sosial təminatı, eləcə də akademiyaya qəbul qaydaları barədə şagirdlərə məlumat verilib.Daha sonra polisin gündəlik xidməti fəaliyyəti şagirdlərin diqqətinə çatdırılıb və avtomobillər, xüsusi texniki vasitələrlə tanışlıq olub.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar