Xəbər lenti

Goranboy rayon ictimaiyyəti 20 Yanvar şəhidlərini yad etdi Fotolar

Tarix: 20-01-2026 18:17     Baxış: 2 065

Qanlı yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Goranboy rayonunda şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin önündə Goranboy rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə anım mərasimi keçirilib.

Mubarizciler.az xəbər verir ki, Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarovun rəhbərliyi ilə rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP fəalları, ziyalılar və şəhid ailələri Goranboy rayon Muzdurlar kənd qəbristanlığına gələrək 20 yanvar şəhidi İlqar Kərimovun məzarını və ailə üzvülərini ziyarət etdilər.

Daha sonra Goranboy rayonunda  şəhidlər abidə kompleksinə gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda mübarizədə həyatlarını fəda etmiş vətən övladlarını təcəssüm etdirən kompleksin önünə tər qərənfillər düzüb, şəhidlərimizin xatirəsinə ehtiramlarını bildiriblər.

Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib. 




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar