Xəbər lenti
26-09-2026, 12:29
 

Şirvan Polisinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib Fotolar

Tarix: 17-01-2026 10:58     Baxış: 1 477

Sağlam və narkotiksiz həyat uğrunda birlikdə mübarizə aparaq.


Mubarizciler.az xəbər verir ki, Şirvan Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə 20 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib. 

Görüşdə çıxış edən Şəhər Polis Şöbəsinin rəisi polis polkovniki Seymur Əfəndiyev narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən danışıb. Bildirib ki, gənclərin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədən narkomaniyanın qarşısının alınması istiqamətində hüquq mühafizə orqanları tərəfindən ciddi mübarizə aparılır, zərərli maddələrin qurbanına çevrilən insanların normal həyata qayıda bilməsi istiqamətində zəruri bütün tədbirlər həyata keçirilir.

Daha sonra çıxış edən digər iştirakçılar da narkomaniyanın cəmiyyət üçün yaratdığı problemlərdən, narkotik vasitələrin fəsadlarından danışaraq, şagirdlərə dəyərli tövsiyələr veriblər.

Tədbir zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar