Xəbər lenti
26-09-2026, 12:29
 

Elçin Kərimov “Məktəblilərarası Milli Hakaton – 2025” müsabiqəsinin final mərhələsində iştirak etmiş şagirdlərlə görüşüb Fotolar

Tarix: 16-01-2026 16:59     Baxış: 896

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov “Məktəblilərarası Milli Hakaton – 2025” müsabiqəsinin final mərhələsində iştirak etmiş şagirdlərlə görüşüb.

 Mubarizciler.az xəbər verir ki, görüşdə çıxış edən Elçin Kərimov şagirdləri əldə etdikləri uğur münasibətilə təbrik edib, onların respublika səviyyəli müsabiqənin final mərhələsində iştirak etməsini region təhsili üçün mühüm nailiyyət kimi qiymətləndirib.

 O, bildirib ki, müasir dövrdə rəqəmsal bacarıqların, xüsusilə proqramlaşdırma və informasiya texnologiyaları sahəsində biliklərin artırılması prioritet istiqamətlərdəndir və bu cür müsabiqələr şagirdlərin potensialının üzə çıxarılmasında mühüm rol oynayır. Görüş zamanı şagirdlər müsabiqə çərçivəsində əldə etdikləri təcrübələr, qarşılaşdıqları çətinliklər və gələcək planları barədə fikirlərini bölüşüblər. Onların proqramlaşdırma sahəsinə marağının daha da artdığı, yeni bilik və bacarıqlar əldə etdikləri diqqətə çatdırılıb. Görüşün yekununda “Məktəblilərarası Milli Hakaton – 2025” müsabiqəsinin final mərhələsində iştirak etmiş şagirdlərə sertifikatlar təqdim edilib. 

Qeyd edək ki, proqramlaşdırma üzrə keçirilən “Məktəblilərarası Milli Hakaton – 2025” müsabiqəsinin əsas məqsədi məktəblilər arasında rəqəmsal bacarıqların inkişafına dəstək olmaq, proqramlaşdırma sahəsində biliklərini artırmaq, informasiya texnologiyaları üzrə istedadlı şagirdləri müəyyən edərək onlar üçün gələcək inkişaf və karyera imkanları yaratmaqdır.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar