Xəbər lenti

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yeni həkim təyin olunub Fotolar

Tarix: 15-01-2026 14:22     Baxış: 931

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yeni həkim təyin olunub.

Mubarizciler.az xəbər verir ki,  Həkim-travmatoloq Kazım Emil Mayıl oğlu eyni zamanda Cərrahiyyə şöbəsinin Əməliyyat blokunun bölmə müdiri vəzifəsinə təyin edilib.

Yeni təyinatla bağlı təqdimat xəstəxananın akt zalında keçirilib. Cərrahiyyə şöbəsinin əməkdaşlarının iştirak etdiyi görüşdə xəstəxananın direktoru Ülfət Qurbanov və baş həkim Mətanət Əliyeva çıxış edərək yeni təyin olunan həkimin fəaliyyətində uğurlar arzulayıblar. Direktor çıxışında bildirib ki, son dövrlərdə tibb müəssisəsində yalnız bir travmatoloq həkim fəaliyyət göstərirdi. Bu isə artan pasiyent tələbatının tam qarşılanmasında müəyyən çətinliklər yaradırdı. Eyni zamanda Mingəçevirlə yanaşı, ətraf regionlardan da xəstəxanaya müraciət edən pasiyentlərin sayında artım müşahidə olunurdu. Yeni travmatoloqun təyin olunması ilə vətəndaşlara göstərilən travmatoloji və cərrahi tibbi xidmətlərin əlçatanlığının və keyfiyyətinin artırılması, eləcə də əməliyyat blokunun fəaliyyətinin daha səmərəli təşkilini hədəflənir.

Qeyd edək ki, həyata keçirilən bu kadr təyinatı xəstəxananın tibbi potensialının gücləndirilməsinə və pasiyent məmnunluğunun yüksəldilməsinə xidmət edir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar