Xəbər lenti

Goranboy–Naftalan rayonları üzrə təhsil sektorunun təşkilatçılığı ilə təlim təşkil edilib Fotolar

Tarix: 15-01-2026 13:04     Baxış: 805

Goranboy–Naftalan rayonları üzrə təhsil sektorunun təşkilatçılığı ilə məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri üçün peşəkar inkişaf məqsədli təlim təşkil olunub.

 Mubarizciler.az xəbər verir ki, təhsil sektorunun inzibati binasında keçirilən təlimdə “Məktəbəqədər təhsil müəssisəsi üzrə sənədləşmələrin aparılması” mövzusu üzrə iştirakçılara nəzəri və praktik biliklər təqdim edilib.

Təlim çərçivəsində sənədlərin hazırlanması zamanı əsas tələblər, kargüzarlıq haqqında təlimatın müddəaları, eləcə də elektron sistemlərin idarə olunması məsələləri ətraflı izah olunub. Təlim müzakirə yönümlü və interaktiv formada təşkil edilərək iştirakçıların fəal iştirakı təmin olunub. Təlimin gedişində mövzu ilə bağlı yaranan suallar müzakirə edilib, iştirakçıların rəy və təklifləri dinlənilərək ətraflı cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Təlimin əsas məqsədi məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinin idarəetmə və planlaşdırma bacarıqlarının artırılması, eyni zamanda rəhbərlər arasında təcrübə mübadiləsinin gücləndirilməsindən ibarət olub.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar