Xəbər lenti

Saatlı Polisi məktəblilərin qonağı olub Fotolar

Tarix: 13-01-2026 20:21     Baxış: 819

“Narkomaniyaya “yox” demək, sağlam və təhlükəsiz gələcək naminə atılan ən vacib addımdır.

Birlikdə mübarizə aparaq və gələcəyimizi qoruyaq!” - bu fikirlər Əlisoltanlı kənd tam orta məktəbində keçirilən maarifləndirmə tədbirində səsləndirilib. 

Mubarizciler.az xəbər verir ki, Saatlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək” mövzusunda keçirilən maarifləndirmə tədbirində çıxış edən şöbə rəisi polis polkovniki Hikmət Vəliyev narkomaniyanın insan sağlamlığı üçün yaratdığı problemlərdən danışıb. Qeyd edib ki, narkomaniya təkcə bir fərdin deyil, bütövlükdə cəmiyyətin problemidir. Bu bəla ilə mübarizədə isə ailələr, məktəblər və bütün ictimai qurumlar birgə fəaliyyət göstərərək gəncləri zərərli vərdişlərdən uzaq tutmalıdırlar. Görüşdə erkən nikahların fəsadları mövzusunda çıxışlar edilib, yeniyetmə vaxtlarında gənclərin ailə qurmasının qanunla qadağan olunduğunu iştirakçıların diqqətinə çatdırıb. 

Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar