Xəbər lenti
27-01-2026, 12:43
 

Məhərrəm Quliyev Goran qəsəbə sakinləri ilə görüşüb Fotolar

Tarix: 12-01-2026 13:18     Baxış: 1 113

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə operativ baxılması, obyektiv yanaşılması və bu istiqamətdə vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı, müvafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq, yerlərdə vətəndaşların səyyar qəbulları həyata keçirilir.

Qəbulda öncə, Möhtərəm prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi hərtərəfli siyasi strategiyanın, dövlətimizin təhlükəsizliyinin təminatı, sosial-iqtisadi inkişafının daha yaxşılaşdırılması istiqamətlərində görülən işlərin əhali arasında təbliği məqsədilə İcra Başçısı tərəfindən geniş məzmunlu məruzə edilir. Səyyar qəbullar-əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə keçirilir. 

Mubarizciler.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun hüquq mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri və bir qrup ictimai fəallarla birgə, Goran qəsəbəsində səyyar qəbul keçirdi. Sakinləri dinləyən icra başçısı mövcud problemlərin həlli ilə bağlı, aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələrini bildirdi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar