Xəbər lenti
26-09-2026, 12:29
 

Şamaxıda “Şagirdlərin fiziki aktiv həyat tərzində skautinqin rolu” layihəsinin açılış mərasimi keçirilib Fotolar

Tarix: 12-01-2026 12:08     Baxış: 1 071

28 noyabr 2025-ci ildə Şamaxı rayon A.Qəhrəmanov adına Nağaraxana kənd tam orta məktəbində “Şagirdlərin fiziki aktiv həyat tərzində skautinqin rolu” layihəsinin açılış mərasimi keçirilib.

Mubarizciler.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Ardınca iştirakçılara layihənin məqsəd və vəzifələri təqdim edilib.

Layihə rəhbəri Turanə Zeynalova çıxışında layihənin gənclərin fiziki aktivliyinin artırılmasına və həyati bacarıqlarının inkişafına töhfə verdiyini vurğulayıb. Tədbirdə Şamaxı rayon Təhsil Sektorunun müdiri Məsud Babayev, məktəbin direktoru Afaq Orucova, təlimçilər Zamin Məmmədov, Leyla Hüseynova, ekspert Aysel İbişzadə, eləcə də pedaqoji heyət və qonaqlar çıxış edərək layihənin əhəmiyyətini qeyd ediblər.

 Layihənin əsas məqsədləri:

• Şagirdlərə fiziki aktiv həyat tərzində skautinqin rolunu aşılamaq;

• Liderlik və komanda bacarıqlarını inkişaf etdirmək;

• Gənclər arasında sağlam ünsiyyət və qrup işi vərdişlərini gücləndirmək;

• Qeyri-formal təhsilin dəyərini önə çıxarmaq.

Təlimçi və ekspertlər layihə çərçivəsində həyata keçiriləcək fəaliyyətlər barədə məlumat verərək şagirdlər üçün yaradılan imkanları təqdim ediblər.

Tədbir bədii hissə ilə davam edib və iştirakçılar skautinqin gənclərin inkişafındakı rolunu əyani şəkildə müşahidə ediblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar