Xəbər lenti

Polis Akademiyasında təhsil almaq istəyən məktəblilərlə görüş keçirilib Fotolar

Tarix: 08-01-2026 20:36     Baxış: 1 862

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsil almağı hədəfləyən yuxarı sinif şagirdləri və onların valideynləri ilə Astara Rayon Polis Şöbəsində görüş təşkil olunub.

Mubarizciler.az xəbər verir ki, Tədbir zamanı çıxış edən Astara RPŞ-nin rəisi polis polkovniki Azər Cəfərov daxili işlər orqanlarının ölkədə sabitliyin və ictimai təhlükəsizliyin təmin olunmasında, habelə hüquq normalarının qorunmasında göstərdiyi xidmət barədə şagirdlərə geniş məlumat verib. 

Polis peşəsinə maraq göstərən gənclərə məsuliyyətli davranmağın, sağlam həyat tərzi sürməyin və təhsilə xüsusi diqqət yetirməyin vacibliyini vurğulayıb. Çıxışlarda Polis Akademiyasına qəbul qaydaları və şərtləri, akademiyada yaradılmış tədris, elmi və sosial mühit, kitabxana, laboratoriya və praktiki təlim bazası, kursantların sosial təminatı və imtiyazları, daxili işlər orqanlarının və Polis Akademiyasının tarixi inkişaf mərhələləri haqqında məktəblilərə geniş məlumatlar verilib.

Sonda polisin gündəlik fəaliyyəti şagirdlərin diqqətinə çatdırılıb və onları maraqlandıran suallar cavablandırılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar