Xəbər lenti

Küləkli hava ilə bağlı daha bir - Xəbərdarlıq

Tarix: 12-12-2025 18:58     Baxış: 1 302

Sabah axşamdan dekabrın 14-ü gündüzədək Bakıda və Abşeron yarımadasında, 13-ü gündüzdən 14-ü gündüzədək isə əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Mubarizciler.az  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 

Bakıda və Abşeron yarımadasında, Şəki, İsmayıllı, Qəbələ, Qobustan, Hacıqabul, Oğuz, Mingəçevir, Şabran, Xaçmaz, Qusar, Siyəzən, Xızı, Ağstafa, Qazax, Kəlbəcər, Laçın, Neftçala, Daşkəsən, Gədəbəy, Balakən, Qax, Zaqatalada narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Salyan, Şirvan, Sabirabad, Şamaxı, Ağsu, Göyçay, Quba, Tovuz, Şəmkir, Goranboy, Gəncə, Göygöl, Ağdam, Ağdaş, Kürdəmir, Yevlax, Naftalan, Lerik, Yardımlı, Lənkəran, Masallı, Astara, Cəlilabad, Biləsuvar, Zəngilan, Füzuli, Qubadlı, Beyləqanda isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar