Samux Rayon Statistika İdarəsinin məlumatı
2024-cü ilin yanvar-mart aylarında rayonun iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri.
Samux Rayon Statistika idarəsindən Mubarizciler.az a verilən məlumata görə, 2024-cü ilin yanvar-mart aylarında makroiqtisadi göstəricilər rayon iqtisadiyyatının inkişaf etdiyini əks etdirir. Hesabat dövründə məhsul istehsalı sahələrində istehsalın həcmi artmış, xidmət sahələrinin fəaliyyəti genişlənmiş, əhalinin həyat səviyyəsini əks etdirən pul gəlirləri və əməkhaqqı yüksəlmişdir.
İqtisadiyyatın əsas sahələrində 41683,3 min manatlıq məhsul və xidmətlər istehsal edilmişdir. Ümumi məhsul buraxılışının çox hissəsini (50,8 faizini) kənd təsərrüfatı məhsulu təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,5 faiz çox olmuşdır.
Kənd təsərrüfatı məhsullarının istehsalı 21170,4 min manat olmuşdur ki, bunun da 1483,2 min manatını bitkiçilik, 19687,2 min manatını isə heyvandarlıq məhsulları təşkil etmişdir.
2025-ci ilin məhsulu üçün 11859,5 hektar payızlıq bitkilərin səpini aparılmış və əvvəlki ilə nisbətən 167,7 hektar və ya 1,4 faiz çox olmuşdur. Eyni ilə 1869,1 hektar sahədə yazlıq bitkilərin səpini aparılmış və əvvəlki ilin eyni dövrünə nisbətən 357,1 hektar və ya 23,6 faiz çox olmuşdur.
1 aprel 2025-ci il tarixinə 23646 baş iribuynuzlu mal-qara, 119256 baş qoyun və keçilər mövcud olmuşdur.
Hesabat dövründə diri çəkidə ət istehsalı əvvəlki ilin eyni dövrünə nisbətən 0,6 faiz artaraq 1551,0 ton, süd istehsalı 1,0 faiz artaraq 8814,0 ton, yumurta istehsalı 0,9 faiz artaraq 2839,0 min ədəd olmuşdur.
Sənayedə 2025-ci ilin yanvar-mart aylarında məhsul istehsalının və xidmətlərin həcmi 8513,6 min manat olmuşdur.
Tikinti təşkilatları tərəfindən hesabat dövrü ərzində görülən təmir-tikinti işlərinin həcmi 64,0 faiz artaraq 1364,5 min manat olmuşdur. Təmir-tikinti işlərinin 448,7 min manatı və ya 32,9 faizi dövlət mülkiyyətli müəssisələr, 915,8 min manatı və ya 67,1 faizi isə qeyri-dövlət mülkiyyətli müəssisələr tərəfindən icra edilmişdir.
Hesabat dövründə əsas vəsaitlərə qoyulan investisiyaların həcmi 870,5 min manat olmuşdur. Əsas kapitala qoyulan investisiyanın 127,9 min manatı istehsal təyinatlı, 742,6 min manatı isə qeyri-istehsal təyinatlıdır. Tikinti-quraşdırma işlərinin həcmi 832,9 min manat olmuşdur. Əhalinin şəxsi vəsaiti hesabına dəyəri 742,5 min manat və ümumi sahəsi 4950,0 kvadrat metr olan 33 yaşayış evi tikilib istifadəyə verilmişdir.
Nəqliyyat və anbar təsərrüfatı sahəsində mal və xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 7,7 faiz artaraq, 808,2 min manata çatmışdır. Rabitə sahəsi üzrə mal və xidmətlərin ümumi həcmi 33,5 min manat olmuşdur. Hesabat dövründə telefon çəkilişi olmamış və sabit şəbəkə telefonlarının sayı isə 2145 ədəd olmuşdur. Ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsi üzrə yanvar-mart aylarında məhsul buraxılışının həcmi 9793,1 min manat olmuşdur. Pərakəndə ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 30603,4 min manat olmuşdur. Pərakəndə ticarət dövriyyəsinin 17989,3 min manatı və ya 58,8 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 12614,1 min manatı və ya 41,2 faizi isə qeyri-ərzaq mallarının payına düşür. Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 11408,7 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 8,3 faiz çox olmuşdur. Əhaliyə göstərilən ödənişli xidmətlərin 987,1 min manatını və ya 8,7 faizini məişət xidmətləri təşkil etmişdir. İaşə xidmətlərinin dəyəri 1525,8 min manat olmuşdur. Bu əvvəlki ilin müvafiq dövrünə nisbətən 284,5 min manat və ya müqayisəli qiymətlərlə 16,4 faiz çox olmuşdur
2025-ci ilin fevral ayının sonuna siyahı tərkibində olan işçilərin sayı 5569 nəfər və hər bir işçiyə düşən orta aylıq nominal əməkhaqqının məbləği 697,6 manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,0 faiz çox olmuşdur.
Xəbəri paylaş



