Xəbər lenti

Vilayət Eyvazov Xaçmazda vətəndaşları qəbul etdi Fotolar

Tarix: 29-08-2025 17:37     Baxış: 833

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov avqustun 28-də və 29-da Xaçmaz Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.

Mubarizciler.az xəbər verir ki, bu barədə DİN-nin mətbuat xidməti məlumat yayıb.

Nazir əvvəlcə Xaçmaz rayonundakı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.

Sonra rayon polis şöbəsinin inzibati binasında Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən, Xızı və digər rayonlardan gələn 409 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.

Nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.

Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.

Səfər çərçivəsində general-polkovnik V.Eyvazov polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.

Vətən müharibəsinin 27 iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 335 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.








Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar