Xəbər lenti

Azər Qocayev şəhid Cahangir Tağızadənin ailəsini ziyarət edib Fotolar

Tarix: 04-09-2025 17:29     Baxış: 1 694

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev  27 sentyabr “Anım Günü” ilə əlaqədar antiterror əməliyyatlarında şəhid olmuş Tağızadə Cahangir Qurban  oğlunun ailəsini ziyarət edib, onların qayğıları və problemləri ilə maraqlanıblar.

Mubarızcıler.az xəbər verir ki, Görüşdə şəhid haqqında doğmalarının xatirələri dinlənilib, doğmaları ilə birlikdə şəhidin keçdiyi döyüş yoluna nəzər salıb. Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev  şəhidin valideynlərinə  Cahangir kimi vətənpərvər igid bir oğul böyütdükləri üçün öz təşəkkürünü bildirib, onların qəhramanlığı sayəsində Zəfərin qazanıldığını qeyd edib.

Qeyd edək ki, şəhid Tağızadə Cahangir Qurban  oğlu 2004-cü il may ayının 27-də Mingəçevir şəhərində anadan olmuşdur. Cahangir Qurbanov orta təhsilini 142 saylı Ağdam tam orta məktəbində  almışdır. Cahangir Tağızadə  Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdam rayonu Xanabad kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Cahangir Tağızadə  ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” medalı və  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir. 

 Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya, övladlarının xatirəsinini həmişə əziz tutduqlarına, onların Vətən qarşısında xidmətlərini yüksək qiymətləndirdiklərinə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya  öz minnətdarlıqlarını bildiriblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar