Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Vətən müharibəsi iştirakçıları DTX-nin “Bilgəh” istirahət mərkəzində oldu Fotolar

Tarix: 27-08-2025 21:41     Baxış: 1 211

Avqustun 26-da Dövlət Təhlükəsizliyi Xidmətinin “Bilgəh” istirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə ənənəvi görüş keçirilib.

Mubarizciler.az DTX-nin Mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş çərçivəsində Vətən müharibəsi iştirakçıları mərkəzdə yaradılmış şəraitlə yaxından tanış edilib.

Daha sonra rəsmi və bədii hissədən ibarət tədbir keçirilib. Öncə Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qətiyyətli sərkərdəliyi, yenilməz Azərbaycan Ordusunun rəşadəti və əzmi sayəsində 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Zəfərdən ətraflı söhbət açıb. Haqq savaşında əldə olunmuş tarixi qələbənin 5-ci ildönümünün 2025-ci ildə qeyd ediləcəyini vurğalayan çıxışçılar Vətən müharibəsi ilə başlanan taleyüklü missiyanın 2023-cü ilin sentyabr ayında dövlət suverenliyinin bərpa olunması ilə nəticələnməsinin hər bir vətənpərvər azərbaycanlıda sonsuz iftixar və qürur hissi oyatdığını bildirib.

Çıxışlardan sonra tədbir vətənpərvərlik mövzusunda konsert proqramı ilə davam etdirilib.








Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar