Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

“İlham, siz böyük lidersiz” - Tramp hədiyyə göndərdi Foto

Tarix: 25-08-2025 18:47     Baxış: 1 057

ABŞ lideri Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə maraqlı hədiyyə göndərib.

Mubarizciler.az xəbər verir ki, hədiyyə Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin görüşündə çəkilmiş fotolardan ibarətdir.

Tramp həmin fotoların üzərinə ürək sözlərini də yazıb.

Fotoların birində Trampın imzası ilə “İlham, siz böyük lidersiz”, digərində isə “İlham, siz böyüksüz” sözləri əksini tapıb.

Azərbaycan Prezidenti İlham Əliyev isə öz növbəsində rəsmi “X” hesabı vasitəsilə ABŞ liderinə təşəkkür edib:  

“Prezident Donald Trampa şəxsi imzası ilə mənə hədiyyə etdiyi tarixi fotoşəkillərə və üzərində yazdığı xoş sözlərə görə təşəkkür edirəm. Prezident Donald Trampın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına, habelə Cənubi Qafqazda və dünyada sülh gündəliyinə verdiyi qətiyyətli dəstəyini yüksək qiymətləndirir və buna görə ona bir daha dərin minnətdarlığımı bildirirəm”.






Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar