Xəbər lenti

Goranboyun İcra başçısı vətəndaşları qəbul edib Fotolar

Tarix: 03-09-2025 17:36     Baxış: 700

Goranboy rayon İcra Hakimiyyətində vətəndaşların müraciətləri dinlənildi.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq, Goranboy rayon İcra Hakimiyyətinin inzibati binasında  və yaşayış məntəqələrində vətəndaşların qəbulları keçirilir, onların problem və müraciətləri dinlənilir.

Mubarızcıler.az xəbər verir ki, rayon İcra Hakimiyyətinin inzibati binasında,  rayon İcra Hakimiyyətinin Başçısı və İcra Başçısı Aparatının məsul əməkdaşları, xidmət sahələrinin rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndə və yerli bələdiyyələrin iştirakı ilə nöbvəti qəbul keçirildi. Qəbulda vətəndaşlar tərəfindən edilən müraciətlərdən rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli mümkün məsələlərin yerində obyektiv araşdırılması və operativ həlli ilə bağlı, aidiyyəti üzrə tapşırıq və tövsiyyələr verildi. Digər müraciətlərin araşdırılması və həlli məqsədi ilə, xidmət sahələrinin rəhbərləri ilə birgə müzakirələr aparıldı və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlərin ünvanlanması məqsədmüvafiq hesab edildi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar