Xəbər lenti

Ağstafada yüksək bal toplayan tələbələrlə görüş keçirib Fotolar

Tarix: 05-09-2025 17:50     Baxış: 854

Ağstafada ali təhsil müəssisələrinə yüksək balla qəbul olan gənclərlə görüş keçirilib.

Mubarızcıler.az xəbər verir ki, görüş Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa rayonu üzrə Təhsil sektoru, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Ağstafa RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

RİH başçısı qeyd edib ki, qalib ölkəmizin qüdrətli gələcəyinə hesblanmış, milli mənafelər üzərindən qurulan Ulu Öndər Heydər Əliyevin təhsil siyasəti hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Dövlətimizin təhsil strategiyasının kökündə milli-mənəvi dəyərlərin qorunması, xalqın tarixi, mədəniyyəti, cəmiyyətimizin uğurlu gələcəyi, ölkəmizin davamlı və dayanıqlı inkişafı dayanır. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xüsusilə uğurlu iqtisadi, siyasi, hərbi-müdafiə quruculuğu, eləcə də uğurlu təhsil və gənclər siyasətinin nəticəsində mümkün olub.

Tədbirdə çıxış edənlər – Ağstafa rayon prokuroru Anar Cəfərov, Ağstafa rayon Təhsil sektorunun müdiri Mədəd Zeynalov, mədəniyyət nümayəndəsi Oruc Mansurov, 682, 677 və 666 bal toplayan tələbələr, Aysel Tağıyeva, Nəsrin Cəfərli və Leyla İzzətova ölkəmizin təhsil sahəsinə göstərilən yüksək dövlət qayğısından geniş bəhs ediblər.

Bu tədris ilində yüksək nəticələrlə ali təhsil müəssisələrinə qəbul olan məzunlar və fəaliyyətlərində fərqlənən müəllimlər Ağstafa Rayon İcra Hakimiyyətinin Fəxri fərmanları və hədiyyələrlə təltif olunublar.

Görüşün bədii hissəsində yeniyetmə və gənclərin təqdim etdikləri konsert proqramı rəğbətlə qarşılanıb.












Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar