Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 
14-08-2026, 12:31
 

Gəncədə sentyabr konfransı çərçivəsində görüşlər keçirilib Fotolar

Tarix: 05-09-2025 22:22     Baxış: 1 491

‎Sentyabrın 4 və 5-də Gəncə şəhər 29 nömrəli tam orta ümumtəhsil məktəbində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəblərində fəaliyyət göstərən ibtidai sinif, Azərbaycan dili, riyaziyyat və fiziki tərbiyə fənlərini tədris edən qabaqcıl müəllimlərlə görüş təşkil olunub.‎

Mubarızcıler.az xəbər verir ki, ‎Görüşlərdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov idarənin müdir müavinləri, Azərbaycan Təhsil İnistitunun baş metodisti Pərvinə Qədimova, GDRTİ-nin əməkdaşları və müvafiq fənn müəllimləri iştirak ediblər. Konfransın hər iki günü qarşılıqlı müzakirələrlə davam etdirilib. Müzakirə çərçivəsində rəqəmsal bacarıqların artırılması, dərsə davamiyyətin yüksəldilməsi, oxuyub-anlama və riyazi təfəkkürün inkişafı, eləcə də valideyn iştirakının təlim-tərbiyə prosesində rolunun artırılması mövzuları ətrafında fikir mübadiləsi aparılıb. ‎Qeyd edək ki, konfransın qarşılıqlı müzakirə formatında təşkilində əsas məqsəd ümumi təhsilin inkişaf istiqamətlərini və qarşıda duran strateji hədəfləri müəyyənləşdirmək, eyni zamanda 2025–2026-cı tədris ili üçün fəaliyyət planını formalaşdırmaqdan ibarətdir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar