Naftalanda Yüksək bal toplayan məzunlarla görüş keçirilib Fotolar
Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə ali məktəbə yüksək balla qəbul olub tələbə adı qazanan məzunlarla görüş keçirilib.
Mubarızcıler.az xəbər verir ki, tədbirdə ŞİH-nin başçısı Vüqar Novruzov, Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulu Recep Öztop, Avropa Azərbaycan Məktəbinin direktoru Francesco Banchini ali tədris müəssisələrinə yüksək balla qəbul olan məzunlar iştirak edib.
Öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilərək xatirəsi böyük ehtiramla anılıb.
Görüş zamanı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təhsilin inkişafına göstərdiyi xüsusi diqqət və qayğıdan, bu sahədə həyata keçirilən genişmiqyaslı islahatlardan bəhs edən icra başçısı tələbə adını qazanmış gəncləri səmimi qəlbdən təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, həmçinin onların müəllimlərinə və valideynlərinə səmimi təbriklərini çatdırıb.
Gənclər çıxış edərək təhsilin inkişafı və onların uğur qazanması üçün yaradılan geniş imkanlara görə ölkə rəhbərinə dərin minnətdarlıqlarını bildiriblər. Onlar görüşün təşkilinə görə icra başçısına təşəkkür edib, bilik və bacarıqlarının formalaşmasında mühüm rol oynayan müəllimlərinə xüsusi minnətdarlıq ifadə ediblər.
Qeyd edək ki, Aprel döyüşləri zamanı Şəhid olmuş Mayor Vaqif Bayramovun qızı Zeynəb Bayramovada tələbə adını qazanıb. O da görüşdə iştirak edib.
Tələbə adını qazanmış gənclərə xatirə hədiyyələri təqdim edilib.
Xəbəri paylaş



