Xəbər lenti

Seymur Orucov növbəti dəfə səyyar qəbul keçirdib Fotolar

Tarix: 04-09-2025 18:55     Baxış: 3 388

Ağstafada vətəndaşların növbəti səyyar qəbulu Köçəsgər kənd yaşayış məntəqəsində keçirilib.

Mubarızcıler.az xəbər verir ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun müvafiq qrafikə uyğun olaraq Köçəsgər kənd 1 nömrəli tam orta məktəb binasında keçirdiyi növbəti səyyar qəbulda rayonun hüquq-mühafizə strukturlarının rəhbər şəxsləri, aidiyyəti təşkilatların nümayəndələri və kənd sakinləri iştirak ediblər.

RİH başçısı diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu sosial siyasətin mərkəzində məhz vətəndaşların mənafeyi, insanların sosial həyatının yaxşılaşdırılması və məmnunluğunun artırılması kimi amillər dayanır. Bu gün də Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq vətəndaş rifahının təmin olunması, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi dövlətimizin ən prioritet  istiqamətlərindəndir. Səyyar qəbulda vətəndaşların müraciətləri nəzarətə götürülüb. Qaldırılan məsələlər ətrafında müzakirələr aparılaraq həlli tədbirləri müəyyən edilib. Məsələlərin operativ qaydada həlli istiqamətində aidiyyəti üzrə məsul şəxslərə konkret tapşırıqlar verilib.

 



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar