Xəbər lenti

Orxan Abbasov səyyar qəbul keçirib Fotolar

Tarix: 27-08-2025 11:28     Baxış: 812

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 26.08.2025-ci il tarixdə Almalı və Kollu kəndləri sakinlərinin səyyar qəbulunu keçirib.

Mubarizciler.az xəbər verir ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Almalı kəndində keçirilən səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri, Almalı və Kollu kəndlərinin sakinləri iştirak ediblər.

İcra başçısı Orxan Abbasov giriş nitqində vurğulayıb ki, Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Daşkəsən rayonunda səyyar qəbul və görüşlər vətəndaşların müraciətlərinin yerində dinlənilməsi və operativ həlli məqsədilə mütəmadi təşkil olunur. Hər bir yaşayış məntəqəsində əhalinin gündəlik sosial-məişət məsələlərinin diqqətdə saxlanılması, qaldırılan məsələlərin müvafiq qurumlarla birlikdə dəyərləndirilməsi prioritet vəzifələrdəndir. Səyyar qəbul zamanı hər iki kəndin sakinləri tərəfindən müxtəlif məsələlərlə bağlı müraciətlər səsləndirilib. Müraciətlərin bir qismi yerində həll edilib. Əlavə araşdırma tələb edən müraciətlər isə nəzərət qaydasında qeydiyyata götürülüb.

Qəbulda iştirak edən sakinlər onlara hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Bölgə
Fotosesiya
Çox oxunanlar