İdarə rəisi və aidiyyatı nümayəndələrin iştirakı ilə əraziyə baxış keçirilib FOTOLAR
Ölkədə infrastruktur quruculuğunun əsas sahələrindən olan su təchizatı sferasında mühüm işlər görülmüşdür. Bu istiqamətdə dövlətin birbaşa dəstəyi ilə yeni sututarların yaradılması və şəbəkə infrastrukturunun genişləndirilməsi üzrə iri layihələr icra edilmişdir. Həyata keçirilən tədbirlər hesabına su təsərrüfatı sisteminin inkişafı sürətlənmiş, məhdud şirin su ehtiyatlarına malik Azərbaycanda əhalinin fasiləsiz içməli su ilə təminatı və irriqasiya sistemi əhəmiyyətli dərəcədə yaxşılaşmış və müasirləşdirilmişdir.
Ölkənin şirin su ehtiyatlarının azlığı, son illərdə müşahidə olunan qlobal iqlim dəyişikliyi və orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və yağıntıların xeyli azalması, digər tərəfdən, əhalinin sürətli artımı, həyat standartlarının yüksəlməsi, ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi nəticəsində suya tələbatın artması respublikanın su təhlükəsizliyinin təmin edilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini şərtləndirir.
Məhdud su ehtiyatları şəraitində, yeni iqtisadi çağırışlar nəzərə alınmaqla, ölkənin su təchizatı sistemi daha da yaxşılaşdırılmalı, ekosistemin inkişafı ilə uyğunluğu təmin olunmalı və bu məqsədlər üçün innovasiyaların tətbiqi təşviq edilməlidir.
Mubarizciler.az ın məlumatına görə, bu məsələlərin həlli istiqamətində suvarma sisteminin yaxşılaşdırılması və dövrüyəyə yeni kənd təsərrüfatına yararlı ərazilərin artırılması ücün başlanğıcını İncəçay çayından götürən Tap arxının yenidən bərpası istiqamətində ərazidə mövcud vəziyyətin həlli üçün mütəxəsislərlə birgə əraziyə baxış keçirildi. Bu da öz növbəsində rayonun Tapqaraqoyunlu, Qaşaltı,Qasımbəyli kəndləri və Xanqərvənd kəndinin bir hissəsinin əkin torpaqlarının suvarma suyu ilə təmin olunmasına zəmin yaradır.
Məlumat üçün bildiririk ki, həmin ərazi mənfur erməni işğalçıları altında olduqda Tap arxında meliorativ işlərin görülməsi çox çətin idi.
Xəbəri paylaş