Xəbər lenti

Məhərrəm Quliyev yarışlarda fərqlənən gənc gimnastlar və cudoçularla görüşüb Fotolar

Tarix: 19-08-2025 10:46     Baxış: 1 365

Goranboyda yarışlarda fərqlənən gənc gimnastlar və cudoçularla görüş keçirildi.

Mubarizciler.az xəbər verir ki, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev  müxtəlif yarışlarda fərqlənən gənc gimnastlar və cudoçularla görüşdü. Görüşdə İcra başçısı ətraflı çıxış edərək dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bütün sahələrə olduğu kimi idmana da göstərdiyi daimi diqqət və qayğının müqabilində daha da məhsuldar işləmək və yüksək nəticələr göstərilməli olduğunu bildirdi. Rayon rəhbəri qeyd etdi ki, idmançı, məşqçi və mütəxəssislərimiz tədricən elə səviyyəyə çatırlar ki, artıq Azərbaycan idmanının eləcə də gimnastika və cudonun tərəqqisindən danışmaq olar. Həmçinin rayonumuzda yaradılan Goranboy Olimpiya idman kompleksinin bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirən İcra başçısı gənc idmançılara gələcək idman fəaliyyətlərində uğurlar arzuladı. Tədbirin sonunda yarışlarda fərqlənən gənc gimnastlar və cudoçulara rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları və qiymətli hədiyyələr verildi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar