Xəbər lenti

Seymur Orucov vətəndaşlarla görüşdü Foto

Tarix: 21-08-2025 16:51     Baxış: 882

Seymur Orucovun müvafiq qrafikə uyğun olaraq Qıraq Kəsəmən kənd tam orta məktəbin həyətində keçirdiyi vətəndaşların növbəti səyyar qəbulunda RİH başçısı aparatının məsul şəxsləri, aidiyyəti təşkilatların nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Mubarizciler.az xəbər verir ki, RİH başçısı diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Respublikamızın hər yerində, o cümlədən Ağstafa rayonunun yaşayış məntəqələrində əhali ilə keçirilən bu cür görüşlərin, təşkil olunan səyyar qəbulların əsasında vətəndaş məmnunluğunun təmin olunması dayanır. Belə ki, başlıca məqsəd yerlərdə narahatlıq doğuran məsələləri əhali ilə ətraflı müzakirə edərək daha dərindən araşdırmaq, nəticədə həlli vacib məsələlərin və mövcud çatışmazlıqların operativ həllinə nail olmaqdan ibarətdir. Həmçinin hər kəs yaşadığı ünvanı tərk etmədən rahat qaydada mobil cihazları vasitəsi ilə “Rəqəmsal İcra Hakimiyyəti” (https://rih.gov.az) portalına daxil olmaqla istənilən məzmunlu müraciətlərini də aidiyyəti üzrə göndərə bilər. 

Səyyar qəbulda sakinlər tərəfindən səsləndirilən məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi, eyni zamanda yerli icra hakimiyyətlərinin səlahiyyətinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılması istiqamətində məsul şəxslərə nəzarət qaydasında müvafiq tapşırıqlar verilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar