Xəbər lenti

Seymur Orucov səyyar qəbullar keçirib Fotolar

Tarix: 20-08-2025 20:40     Baxış: 1 288

Seymur Orucov vətəndaşların növbəti səyyar qəbullarını Qarahəsənli kəndi və Soyuqbulaq qəsəbəsində keçirib.

Ölkə rəhbərliyinin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı yerlərdə vətəndaşların səyyar qəbullarını davam etdirir.

 Mubarizciler.az xəbər verir ki, növbəti qəbullarda RİH başçısı aparatının və aidiyyəti üzrə təşkilatların məsul şəxsləri, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Səyyar qəbullarda giriş nitqi söyləyən RİH başçısı bildirib ki,  bu gün Azərbaycan nəinki regionda, eyni zamanda dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında yerini möhkəmləndirməkdədir. Bu inkişafın əsasında Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, uzaqgörənliklə reallaşdırılan daxili və xarici siyasət kursu dayanır. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz müasir dövrün reallıqlarına, tələblərinə və qanunauyğunluqlarına öz müstəqil siyasi xətti ilə qətiyyətlə cavab verir. Vətəndaş cəmiyyətinin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin qorunması, ölkəmiz dünya müstəvisində qazandığı yüksək nüfuzu ilə sürətli şəkildə irəliləməsi müasir Azərbaycanın gerçəkliklərini təşkil edir.   

Müxtəlif məzmunlu təklif və müraciətləri dinlənilən vətəndaşların qaldırdıqları məsələlər qeydiyyata alınaraq nəzarətə götürülüb. Məsələlərin qanunamüvafiq qaydada həlli istiqamətində aidiyyəti üzrə məsul şəxslərə konkret göstəriş və müvafiq tövsiyələr verilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar