Goranboyda sel sularına qarşı qabalqayıcı tədibrlərin görülməsi ilə bağlı layihə üzərində müzakirə aparıldı Fotolar

Mövsümi xarakterli normadan çox yağıntılı hava şəraiti zamanı yarana biləcək sel təhlükəsinin qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi ilə əlaqədar Goranboy Rayon İcra Hakmiyyətində icra başçısı Məhərrəm Quliyev Su və Meliorasiya Komplekslərinin Layihələndirilməsi İnsutunun məsul işçisi Vilayət Həbibov və rayon Su və Meliorasiya sistemlərinin istismarı idarəsinin müdirinin iştirakı ilə müzakirələr apardı.
Mubarizciler.az xəbər verir ki, Yağıntının normadan çox olduğu əvvəlki illərdə sel suları rayonun bir sıra yaşayış məntəqələrində, xüsusən də dağlıq ərazilərində yerləşən Aşağı Ağcakənd qəsəbəsi, Börü, Meşəli, Yenikənd və Qaraçinar kəndlərində ciddi fəsadlar törətmiş, yaranan sel suları çayın yatağı ətrafında yerləşən fərdi yaşayış evlərinin həyətlərinə dolmuş, nəticədə sel bir çox rayon sakininin fərdi yaşayış evinə və təsərrüfatına ziyan vurmuşdur. Bu məqsədlə Goranboy rayon İcra Hakmiyyəti başçısı yanında Fövqəladə Hallar Komissiyasının aidiyyəti üzrə müraciəti əsasında qabalqayıcı tədbirlərin görülməsi məqsədi ilə layihələndirmə işləri yekunlaşmaq üzrədir, sənədlər hazırlanaraq ekspertizaya təqdim ediləcəkdir. Rayon rəhbəri sel sularına qarşı, xüsusəndə rayonun dağlıq ərazilərində yerləşən yaşayış məntəqələrində tədbirlərin gücləndirilirməsi üçün dağ çaylarında, su arxlarında mühafizə və digər qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyini vurğulayaraq məsul şəxslərə tapşırıq və tövsiyələrini bildirdi.

Xəbəri paylaş








































0772703001 