Xəbər lenti

Goranboyda İcra Başçısı yanında Şuranın növbəti iclası keçirilib Fotolar

Tarix: 14-08-2025 18:38     Baxış: 2 170

Goranboy rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə Başçı yanında Şuranın növbəti iclası keçirildi. 

Mubarizciler.az xəbər verir ki, İclasda rayonun hüquq-mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndə və bələdiyyələr, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri və bir qrup rayon fəalları iştirak etdilər. Şurada, “Cari ilin 7 ayı ərzində Goranboy rayonunun sosial-iqtisadi, ictimai-siyasi və humanitar sahələrində görülmüş işlər barədə”, “Şəhid ailələri və qazilərlə yerlərdə keçirilən silsilə görüşlərin təhlili barədə”, “Rayon ərazisində magistral avtomobil yolları və əsas turizm marşurutları üzrə aparılan abadlıq işləri və qanunsuz tikililərin qarşısının mövcud qanunvericiliyin tələblərinə əsasən, alınması barədə”, “Vətəndaş müraciətlərinə baxılması barədə” və rayonun həlli vacib digər məsələləri geniş müzakirə edildi. Nəzərdə tutulan məsələlərin icrasını təmin etmək məqsədi ilə əlavə Tədbirlər Planının tərtib edilməsi, işlərin Tədbirlər Planına uyğun operativ həyata keçirilməsi və icra vəziyyəti barədə rəhbərliyə müntəzəm hesabat və məlumatların verilməsinin təmin edilməsi ilə bağlı, İcra Başçısı tərəfindən müvafiq tapşırıq və tövsiyyələr verildi. Xidməti fəaliyyətlərinin yerinə yetirilməsində müsbət nəticələr göstərən əməkdaşlara rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları təqdim edildi.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar