Xəbər lenti
18-11-2024, 12:06
 
12-11-2024, 14:51
 

Qəbələ Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə olaraq endoprotez əməliyyatlarının icrasına başlanılıb - Fotolar

Tarix: 12-08-2024 23:37     Baxış: 700

Regionlarda fəaliyyət göstərən tibb müəssisələrində müasir səhiyyə infrastrukturunun formalaşdırılması, əhalinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, göstərilən ixtisaslaşdırılmış tibbi xidmətlərin təkmilləşdirilməsi və keyfiyyətinin yaxşılaşdırılması TƏBİB-in strateji hədəflərindən biridir.

Bu hədəflərə çatmaq üçün həyata keçirilən yeniliklərdən biri də Qəbələ Rayon Mərkəzi Xəstəxanasında baş tutub. Tibb müəssisəsində ilk dəfə endoprotez əməliyyatlarının icrasına başlanılıb.

Mubarizciler.az xəbər verir ki, bu barədə Təbibin Mətbuat Xidməti məlumat yayıb.

Tibb müəssisəsinə bir gündə iki pasiyent müraciət edib. Onlardan biri yol-nəqliyyat hadisəsi nəticəsində müraciət edən Bakı şəhər sakini, 1947-ci il təvəllüdlü pasiyent olub. “Sağ bud sümüyünün boyun sınığı, hər iki qasıq sümüyünün sınığı” diaqnozu qoyulan pasiyentə sağ bud-çanaq oynağının artroplastikası əməliyyatı icra olunub.

Digər şəxs, "Qonartroz” diaqnozu qoyulan 1960-cı il təvəllüdlü Qəbələ rayon Nic qəsəbə sakini üzərində isə diz oynağının artroplastikası əməliyyatı icra edilib.

Hər iki əməliyyat xəstəxananın həkim-travmatoloqu-ortoped-cərrahı Azər İlyasov, Əhməd Rəşid, həkim-anestezioloq-reanimatoloq Həyat Ədilova tərəfindən həyata keçirilib və uğurla başa çatıb.

Əməliyyatdan sonra pasientlərə zəruri tibbi xidmətlər göstərilib və hazırda müalicələri stasionar şəraitdə davam etdirilir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar