Xəbər lenti

Bu rayonlara dolu düşüb

Tarix: 24-07-2024 20:55     Baxış: 1 554

İyulun 24-ü saat 19:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəki, Qax (Sarıbaş), Qrız, Şahdağ, Tərtər, Qusar, Zaqatala, Xaltan, Bərdə, Zərdab, Yevlax, Goranboy, Quba, Şəmkir, Tovuz, Balakəndə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Saat 17:20 radələrində Tovuz rayonu Ağbulaq və İbrahimhacılı kəndlərinə diametri 8-10 mm, saat 16:59-17:01 radələrində isə Şəmkir rayonunda diametri 11 mm olan dolu düşüb.

Altıağac, Qrız və Şahdağda duman müşahidə olunub.

Əvvəlcədən verilmiş sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Naftalanda 18 m/s-dək güclənib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar