Xəbər lenti

Hürr ölkənin qüdrətli ordusu - 106 yaşında

Tarix: 26-06-2024 10:16     Baxış: 847

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür.

Mubarizciler.az xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 26 iyun 1918-ci il tarixli qərarı ilə Gəncədə yaradılıb.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ordu buraxılıb və 1991-ci il oktyabrın 9-da Ali Sovetin qərarı ilə Silahlı Qüvvələr yenidən yaradılıb.

Hazırda Azərbaycan həm döyüş qabiliyyətinə, həm də maddi-texniki imkanlarına görə, Cənubi Qafqazda ən güclü dövlət hesab olunur.

Silahlı Qüvvələrin strukturuna Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Dəniz Qüvvələri daxildir.

Ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli qərarına əsasən, 26 İyun - Silahlı Qüvvələr Günü elan olunub.

Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə ordunun imkanları daha da genişləndirilib.

8 il öncə baş verən Aprel döyüşləri Silahlı Qüvvələrimizin qüdrətini nümayiş etdirdi.

Vətən müharibəsi bu yenilməz ordunun namını dillərə dastan etdi. Köksündə şanlı bayrağı qürurla daşıyan hərbçilərimiz həmin müharibəni qələbə ilə taclandırmağa nail oldu.

Keçirilən antiterror tədbirləri sayəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin edildi.

Bu uğurların nəticəsidir ki, hazırda ordumuz dünyanın aparıcı dövlətləri ilə bir sırada dayanır.

Buna misal olaraq, 2021-ci ildə “Global Firepower” təşkilatının yekunlarına əsasən, Azərbaycan Silahlı Qüvvələrinin “dünyanın ən güclü ordusu” reytinqində qərarlaşmasını qeyd etmək olar.

Doğum günün mübarək, hürr ölkənin qüdrətli ordusu!



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Bölgə
Fotosesiya
Çox oxunanlar