Xəbər lenti

İcra Başçısına hökm oxundu - FOTO

Tarix: 24-06-2024 11:53     Baxış: 735

Korrupsiya cinayətinə görə həbs edilən Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun məhkəməsi başa çatıb.

Mubarizciler.az məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Alimpaşa Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə, mənimsəmədə, rüşvət almaqda və cinayət yolu ilə əldə edilmiş dövlət vəsaitini leqallaşdırmaqda təqsirli bilinərək 11 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Son sözündə içəridə dayana bilmədiyini, azadlığa çıxıb Qarabağa getmək istədiyini deyən eks-icra başçısı 11 il 6 ayını ümumi rejimli cəzaçəkmə müəssisəsində keçirəcək.

Qeyd edək ki, 2014-cü ildən həbs edilən günə kimi 7 il Şəmkirin icra başçısı işləmiş Alimpaşa Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) icra hakimiyyətlərində keçirdiyi silsilə əməliyyatlar ərəfəsində tutulmuşdu. İşlədiyi vaxtlarda mütəmadi olaraq gündəmə gələn A.Məmmədov 3 il 2 aydır həbsdədir.

(Qafqazinfo)Yunis Quliyev



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar