Xəbər lenti
8-05-2026, 14:49
 

Şəhid Ülvi Bağırovla vida mərasimi keçirilir - Fotolar

Tarix: 08-04-2024 12:32     Baxış: 1 617

Şəhidlik zirvəsinə ucalan Azərbaycan Ordusunun zabiti leytenant Bağırov Ülvi Hənifə oğlunun nəşi bu gün doğulduğu Salyan rayonuna gətirilib.

Mubarizciler.az AZƏRTAC-a istinadən xəbər verir ki, şəhidlə boya-başa çatdığı evdə vida mərasimi keçirilir. Cənazə namazı qılınıb və bütün şəhidlərin ruhuna dualar oxunub.

Vida mərasimində Müdafiə Nazirliyinin, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəsmiləri, veteran və qazilər, şəhidin döyüş yoldaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, 2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi zonasında həyata keçirilən antiterror tədbirləri zamanı ağır yaralanmış Ü. Bağırov aprelin 7-də müalicə olunduğu tibb müəssisəsində vəfat edib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar