Xəbər lenti

Goranboyda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib - Foto

Tarix: 30-03-2024 15:35     Baxış: 3 661

YAP Goranboy rayon təşkilatı tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib.

Mubarizciler.az xəbər verir ki, Ağacəkmə aksiyası Dəliməmmədli şəhər M.Zeynalov adına tam orta məktəbinin həyətində YAP Goranboy rayon təşkilatı, Gəncə - Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə təhsil sektoru və Goranboy rayon Dəliməmmədli şəhər M.Zeynalov adına tam orta məktəbin rəhbər heyəti və əməkdaşları, Şəhid ailələrinin nümayəndələri, müharibə veteranları və partiya fəalları və veteranlarının iştirakı ilə baş tutub.

Əvvəlcə YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev aksiya iştirakçılarına məlumat verərək bildirdi ki, bu gün dünyanı narahat edən qlobal problemlərdən biri də iqlim dəyişmələridir. Ölkəmiz də qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmamışdır. Bu problemə qarşı mübarizədə diqqətin artması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 dekabr 2023-cü il tarixdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncam Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında olduğunu bir daha sübut edir. Sərəncamda qeyd edildiyi kimi Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Sədr bildirdi ki, Ulu Öndər Heydər Əliyev çox gözəl vurğulayıb: “Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlardan olasınız. Təbiətə zərər vuranlar, ağac kəsənlər, təbiəti çirkləndirənlər, korlayanlar, cəmiyyətimizin, hamımızın düşmənidir."

Təbiətimizi qoruyaq!

Gəncə - Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Xəyal Məmmədov ənənə halını alan bu cür tədbirlərin təhsil ocaqlarında təşkil edilməsini yüksək dəyərləndirib. Sektor müdiri Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ictimai həyatın digər sahələri ilə yanaşı, ekoloji mühitin mühafizəsinə, yeni yaşıllıq sahələrinin salınmasına xüsusi diqqət yetirdiyini və genişmiqyaslı tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Tədbir iştirakçıları bu cür nəcib aksiyaların ölkəmizdə böyük vüsət aldığını ifadə etmiş və ölkə rəhbəri, YAP sədri cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.


Qeyd edək ki, məktəb ərazisində 50 ədəd “Eldar şamı” ağacı əkilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Çox oxunanlar