Xəbər lenti
18-11-2024, 12:06
 

Səxavət Qədirov: Xalqımızın ədalətli mübarizəsinin - Vətən müharibəsinin 44 günün hər günü şanlı tarixdir 0

Tarix: 17-09-2023 00:40     Baxış: 3 192

Xalqımızın ədalətli mübarizəsinin - Vətən müharibəsinin 44 günün hər günü şanlı tarixdir.

 Azərbaycan Ordusu hər gün irəli gedərək yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edirdi. Rəşadətli Azərbaycan Ordusunun qüdrətinə müqavimət göstərə bilməyən düşmən dinc əhalini hədəfə almaqla müharibə cinayətləri törətdi. Şəhərlərimiz ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutuldu.  Müharibə dövründə 100-ə yaxın mülki şəxs, o cümlədən uşaqlar, qadınlar həlak oldu. 400-dən çox mülki şəxs yaralandı, 5 mindən çox ev dağıdıldı. Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan, Mingəçevir və Tərtər rayonlarında şəhər və kəndlərin raket atəşinə tutulması müharibə cinayətidir. Müharibənin getdiyi o günlərdə münaqişə zonasında olmayan şəhər və rayonların atəşə məruz qalması, dinc sakinlərin həlak olması və yaralanması beynəlxalq ictimaiyyətə də çatdırıldı.

Dekabrın 10-da Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş "Zəfər Paradı" təntənə ilə keçdi, təkcə ölkəmizdə deyil, dünyada da canlı olaraq izlənildi. Zəfər Paradı Böyük Vətən müharibəsində SSRİ-nin Almaniya üzərində qələbəsi şərəfinə Moskvada keçirilən tarixi hərbi paraddan sonra post-Sovet məkanında keçirilən ilk qələbə paradı kimi tarixə düşdü. Azərbaycan Ordusunun şəxsi heyətinin və hərbi texnikasının, habelə rəşadətli ordumuzun düşməndən qalan hərbi qənimətlərinin bir qismi bu paradda nümayiş etdirildi. Ən əsası isə bu paradın özünəməxsus özəlliyi, bir fərqliliyi vardır. Dövlətimizin başçısı İlham Əliyevin 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən hərbi paradda söylədiyi - "Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq" bu fikir öz təsdiqini tapdı. Gözlənilən o gün - "Zəfər Paradı"nda Şuşaya sancılmış Qələbə bayrağını Azadlıq meydanına Şuşanın azad edilməsində müstəsna xidmətləri olan, Qarabağ xanlığının, Şuşa qalasının əsasını qoyan Pənahəli xan Cavanşirin nəslindən olan və Şuşa azad olunandan sonra şəhərin ilk komendantı general-mayor Zaur Məmmədov gətirdi...

Dövlət başçısı öz məzmunlu çıxışında bildirdi ki, "Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi". Paradda Vətən müharibəsinin 44 gün müddətinə mənən yanımızda olan qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da geniş məzmunlu, qardaşlıq, birlik bağlarımıza əsaslanan çıxışında vurğuladı ki, Türkiyə olaraq Azərbaycanla münasibətlərimizdə hər zaman ulu öndər Heydər Əliyevin "İki dövlət bir millət" şüarını rəhbər tutduq. Qazi Mustafa Kamal Atatürkün əziz ifadəsi ilə Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir.

Bu paradda ölkələrimiz arasındakı qardaşlığın bariz nümunəsi kimi, Vətən müharibəsində şəhid olan azərbaycanlıların sayı qədər türk əsgərlər iştirak etdilər.

Bu müharibə bir daha dünya azərbaycanlılarının birliyinin təsdiqi oldu. O günlərdə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə, Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin apardığı çirkin kampaniyalara qarşı ayağa qalxdılar. Müharibənin getdiyi günlərdə xalq-dövlət-ordu birliyi daha da möhkəmləndi. Vətəndaşlarımız etnik, sosial, dini baxımdan bütövlük nümayiş etdirərək ön və arxa cəbhədə mükəmməl birlik yaratdılar. Arxa cəbhədə olan vətəndaşlar vuruşan orduya kütləvi yardım kampaniyaları keçirir, qanvermə aksiyaları təşkil edir, həmçinin müxtəlif formalarla mənəvi dəstək olurdular.

Dövlətimiz şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətən müharibəsinin başa çatması ilə bağlı xalqa müraciətində deyib: "Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq".

Birinci vitse-prezident Mehriban Əliyeva şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinin, qazilərin hərtərəfli qayğı ilə əhatə olunmasına xüsusi diqqət yetirir, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirir.

Prezident İlham Əliyevin sərəncamları ilə 27 sentyabr - Anım Günü və 8 noyabr - Zəfər günü kimi tariximizə daxil oldu.

İkinci Qarabağ müharibəsi qlobal pandemiyanın baş verdiyi şəraitdə böyük Zəfərlə başa çatdı. Azərbaycan Qələbə qazandı, tarixi ədalət bərpa olundu. İşğaldan qurtuluşu sonlandıran Zəfərin başlanğıcı 27 sentyabrdı. Bu tarix Azərbaycan Ordusunun qüdrətini tarixləşdirən qələbənin ilkidir.


Səxavət Qədirov

Goranboy rayon Statiska İdarəsinin müdiri.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar