Xəbər lenti

Ümummilli lider Heydər Əliyevlə bağlı xoş xatirələr: Rəsm çəkməyi, gözəl yumoru və unikal yanaşması vardı 0

Tarix: 07-09-2023 14:32     Baxış: 1 274

Ulu Öndərin sayəsində mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanındı. Musiqimiz, teatrımız, kino sənətimiz, heykəltəraşlıq və rəssamlığımız, xalça sənətimiz və s. bugünkü inkişafında onun dəyərli ideyalarından bəhrələnib.


Sağlığında öz heykəlini yaratmağa icazə vermirdi:

Görkəmli heykəltəraş, Dövlət Rəssamlıq Akademiyasının sabiq rektoru, Xalq rəssamı, Ulu öndərin heykəlini hazırlayan ilk heykəltəraş, akademik Ömər Eldarov deyib:

"Heydər Əliyevin sağlığında heykəlləri olmayıb, o, icazə vermirdi. Amma SSRİ Ali Soveti Heydər Əliyevə ikiqat Sosialist Əməyi Qəhrəmanı adı verəndə o, Vətənində büst qoyulmasına razılaşmalı oldu. Bu qərar bütün iki və çoxqat Sosialist Əməyi Qəhrəmanlarına şamil olunurdu. Əliyev abidəni yaratmağı mənə tapşırdı, çünki bunu yerli heykəltəraşın etməli olduğunu hesab edirdi. Həmin dövrdə o, SSRİ Nazirlər Şurası sədrinin birinci müavini idi, ona görə də büstün yaradılması üçün mənimlə Moskvada görüşlər təşkil olunurdu. Məni çağırdılar Kamran Bağırovun kabinetinə. Fikirləşdim, görəsən neynəmişəm ki, məni ora çağırırlar. Zəng edən insan narahatlığımı hiss edirmiş kimi əlavə etdi ki, "narahat olmayın". Kabinetə girəndə gördüm Heydər Əliyev də orada əyləşib. Üzbəüz oturub söhbət elədik. Özü dedi ki, "Moskvada təkliflər çoxdur, ancaq istəmirəm mənim büstümü başqaları hazırlasın. Sənin işləməyini istəyirəm".

Görkəmli rəssam Heydər Əliyev qeyri-iş vaxtı çox sadə və səmimi insan idi, zarafatlaşırdı, çox mehribanlıqla söhbət edirdi:

"Bir dəfə mənə demişdi ki, Naxçıvanda orta məktəbdə oxuyarkən rəsm çəkməyi xoşlayırdı. Öz rəsmlərini mənə göstərmişdi. Bu, o zaman rəssamlıq öyrənməyən gənc oğlan üçün çox yaxşı şəkillər idi. Onun rəssam olmaq arzusu var idi. 1939-cu ildə Heydər Əliyev Bakıda Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinə daxil oldu. Amma müharibə ona təhsilini başa vurmağa imkan verməyib. Faktiki olaraq müharibə onun planlarını yarıda qoyub. O, xüsusi xidmətlərdə və təhlükəsizlik orqanlarında işə başlayıb".

Ömər Eldarovun sözlərinə görə, Heydər Əliyevin nəslində də rəssamlar olub. Onun böyük qardaşı Hüseyn Əliyev Azərbaycanın məşhur xalq rəssamı olub. Heydər Əliyevin qardaşı oğlu Rasim Əliyev də uzun illər Bakının baş memarı idi.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar