Mikayıl Müşfiqin doğum günüdür 0
Repressiya qurbanları dedikdə ilk ağla gələn adlardan biri olan Mikayıl Müşfiq Azərbaycan şairi, tərcüməçisi və pedaqoq, Azərbaycan Yazıçılar Birliyinin üzvü və “Azərnəşr”in keçmiş direktorudur.
Mikayıl Müşfiq həyatı
1908-ci il iyun ayının 5-də Bakıda anadan olmuşdur. Atası Mirzə Əbdülqadir İsmayılzadə dövrünün tanınmış ziyalılarından biri olmuşdur. Mirzə Əbdülqadir Müəllimlik ilə yanaşı şeir və qəzəllər yazamışdır. Uşaq ikən valideynlərini itirdiyi üçün qohumlarının-nənəsi və dayısının- himayəsində böyüyür. Mikayıl Müşviqin şair kimi böyüməsində nənəsi Qızqayıt xanımın böyük rolu olmuşdur.
1931-ci ildə Dilbər Axundzadə ilə ailə həyatı qurub
Mikayıl Müşfiq təhsili
İbtidai təhsilini rus-tatar məktəbində almışdır. 1920-ci ildə Azərbaycan Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darülmüəllimində, daha sonra 12 saylı II dərəcəli məktəbdə oxumuşdur. 1931-ci ildə Mikayıl Müşfiq Azərbaycan Dövlət Darülfünunun dil və ədəbiyyat fakültəsini bitirmişdir. Məzun olduqdan sonra Bakı məktəblərində müəllimlik edərək əmək fəaliyyətinə başlamışdır. 7 ilə yaxın müxtəlif məktəblərdə müəllimlik etmişdir. Şair 1930 illlərdə Azərnəşrdə redaktor vəzifəsində çalışmışdır.
Mikayıl Müşfiiq yaradıcılıq fəaliyyəti
Yaradıcılıq fəaliyyətinə çox erkən yaşlarında başlamışdır. Poetik yaradıcılığına 1926-cı ildə “Gənc İşçi” qəzetində çap edilən “Bu gün” şeiri ilə başlamışdır. 1927-ci ildən “Maarif və mədəniyyət” və “Komsomol” jurnallarında və “Gənc İşçi” qəzetində şeirlərini yayımlayır. 1932-ci il şairin həyatındakı ən məhsuldar illərdən biri olmuşdur. Bu dövrdə “Günün səsləri” “Vuruşmalar”, “pambıq”, “buruqlar arasında” kitabları, daha sonra bir-birinin ardınca “Şeirlər”, “çoban”, “Mənim dostum”, “Səhər”, “Sındırılan saz”, “Azadlıq dastanı”, “Buruq adamı” əsərləri nəşr edilmişdir.
Uşaq ədəbiyyatına da xüsusi önəm verən Mikayıl müşfiqin yaradıcılığında “Şəngül. Şüngül, Məngül”,, “Kəndli və ilan” nağılları, “Vuruşmalar”, “Qaya “ poemaları, “Coğrafiya”, “Məktəbli şərqisi” “Zəhra üçün” və digər şeirlərə rast gəlmək mümkündür.
1937-ci ildə çap üçün hazırladığı “Çağlayan” kitabına yaradıcılığının ən qiymətli əsərləri sayılan “Səhər”, “Azadlıq dastanı”, “Sındırılan saz”, “Əbədiyyət nəğməsi”, “Şeirim”, “Yenə o bağ olaydı”, “Duyğu yarpaqları”, “Tərtərhes nəğmələri”, “Mingəçevir həsrəti” adlı şeirllərini daxil etmiş amma kitabı çap etdirə bilməmişdir.
Mikayıl Müşfiq və repressiya
1937-ci ildə dostlarının repressiyaya qurban getməsi ilə Mikayıl Müşfiqin çətin günlərinin başlanğıcı olur. 37-ci il repressiyası Mikayıl Müşfiqdən yan keçmir. Şair “Müsavat gənclər təşkilatı” ilə əlaəqlər saxlaması və hökümətin ünvanına böhtan atması səbəbi ilə təqib edilməyə başlanılır. Şairin xalq arasında narazılıq yaratdığı iddia edilərək iyunun 3-də həbs edilmişdir.
Şairin həbsindən sonra türkiyəsə nəşr olunmuş 14 kitab, 5 kitab, türk dilində 4 müxtəlif jurnal, 6 İran nəşri, 14 foto şəkil, pasport, hərbi bilet və əşyaları müsadirə edilib və oktyabr ayında bütün əşyalar yandırılıb.
1938-ci il yanvarın 5-ində SSRİ Ali Məhkəməsində Mikayıl Müşfiqin güllələnməsi qərarı verilir. Yanvar ayının 6-sında şair Nargin adasında güllələnir.
Xəbəri paylaş