Xəbər lenti

Ərdoğan: “İlham Əliyevlə birlikdə 1000 binanın bünövrəsini qoyduq” 0

Tarix: 01-05-2023 10:34     Baxış: 1 351


“Biz həmişə dünyanın yanında olduq. Fəlakət zamanı da dünya ölkələri bizi tək qoymadı”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Onun sözlərinə görə, ölkədə baş verən dağıdıcı zəlzələlərdən sonra dünyanın hər yerindən axtarış-xilasetmə qrupları gəldi.

“Azərbaycan da gəlib dedi ki, biz min bina tikmək istəyirik. İlham Əliyevlə birlikdə onların bünövrəsini qoyduq”, - deyə o vurğulayıb.

Dövlət başçısı bu yardımların heç vaxt unudulmayacağını bəyan edib.

“İnşallah, qısa zamanda yaralarımızı birlikdə sağaldacağıq. Axtarış-xilasetmə qruplarımız dünyanın hər yerindən gələn komandalarla həmrəy olaraq, bu prosesdən uğurla keçdi”, - deyə Ərdoğan sözlərini yekunlaşdırıb.

Mənbə: Haber Global



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar