Xəbər lenti
10-11-2024, 18:46
 

Azərbaycan tarixinin mədəniyyət incisi - Şuşa

Tarix: 09-11-2024 21:43     Baxış: 196

Qarabağ Zəfərinə aparan yolun başlanğıcı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Sonrakı dövrdə həyata keçirilən kompleks tədbirlər, əzmkar və çoxşaxəli fəaliyyət bizi bu hədəfə addım-addım yaxınlaşdırdı.

Prezident İlham Əliyev Ulu Öndərin qoyduğu möhkəm təməl üzərində dünyada söz sahibi olan, böyük iqtisadi və hərbi gücə malik qüdrətli Azərbaycan dövləti qurdu. Azərbaycan Ordusu ən müasir silah-sursat və hərbi texnika ilə təmin olundu, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, mənəvi-psixoloji ruhunun yüksəldilməsi üçün bütün zəruri tədbirlər görüldü. Möhtərəm Prezidentin rəhbərliyi və davamlı səyləri ilə güclü hərbi potensial yaradıldı. İldən-ilə artan iqtisadi-hərbi güc və siyasi iradə nəticəsində BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış 4 qətnaməsini Azərbaycan özü icra etdi. Rəşadətli ordumuz, xüsusən Silahlı Qüvvələrin son 20-30 ildə yetişən fədakar, vətənpərvər gənc nəsli bu müqəddəs missiyanın yerinə yetirilməsinə öz əvəzsiz töhfəsini verdi. Xalqımızın öz lideri ətrafında yumruq kimi birləşməsi, görünməmiş milli həmrəylik nümayiş etdirməsi qələbənin təmin edilməsində mühüm rol oynadı.

44 günlük İkinci Qarabağ savaşı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun əsgər və zabitlərinin şücaəti sayəsində bizim möhtəşəm Zəfərimizlə başa çatdı. Şanlı ordumuz 8 noyabr 2020-ci il tarixində dünyanı mat qoyan misilsiz əməliyyatı ilə Şuşada bir daha enməyəcək üçrəngli bayrağımızı ucaltdı! Qarabağın döyünən ürəyi Şuşanın azad olunması bir daha göstərdi ki, şəhidlərimizin qanı yerdə qalmadı. Bu, bizim Vətən müharibəmizin tarixi Qələbəyə ucalan zirvəsidir. Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq.

İrəvanda hələ də kabus kimi xatırlanan, erməni əsgərlərin qorxulu yuxusuna çevrilmiş xüsusi təyinatlılarımızın başlatdığı Şuşa əməliyyatının səs-sorağı dünyanın dörd bir yanına yayılıb. Azərbaycan hərbçiləri bir gecədə Şuşa qalasını, sıldırımlı qayaları, aşılmaz dağları fəth etməklə ordumuzun hansı potensialda olduğunu, Vətən, torpaq anlayışının qəhrəman əsgərlərimiz, xalqımız üçün nə qədər böyük məna kəsb etdiyini bir daha sübut etmiş oldu. Təsadüfi deyil ki, Şuşaya qədər işğaldan azad edilən ərazilərdən qaçan, itkilər verərək geri çəkilən erməni hərbçiləri haqqında yaradılan mif Şuşada birdəfəlik darmadağın edildi. Çünki 44 günlük müharibənin gedişində Azərbaycan Ordusunun guya müasir texnikalar, PUA və digər üstünlüklər sayəsində uğurla irəlilədiyi fikirləri ortaya atılsa da, Şuşaya heç bir ağır texnikadan istifadə etmədən daxil olan hərbçilərimiz burada əlbəyaxa döyüşlərdə düşmənə yerini göstərməyi bacardı, işğalçılar qısa müddətdə darmadağın edildi.

Qarabağın tacı Şuşa düşmən üçün psixoloji baryer idi. Şuşa azad ediləndən dərhal sonra Ermənistan ağ bayraq qaldıraraq təslim oldu, işğalçı ölkə kapitulyasiyaya imza atmaqla məğlubiyyətini etiraf etdi. Şuşa zəfərindən cəmi bir gün sonra 71 kəndin, bir qəsəbənin, səkkiz strateji yüksəkliyin, ümumilikdə 300-dən çox yaşayış məntəqəsinin ordumuz tərəfindən işğaldan azad edilməsi bütün dövlətlərə, o cümlədən Ermənistan hərbi-siyasi rəhbərliyinə müharibənin sonunun necə olacağını aydın təsəvvür etmək imkanı verdi. Elə bu səbəbdən də düşmən 2020-ci il noyabr ayının 10-da məğlubiyyətini etiraf eti, Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri həmin gün birgə üçtərəfli bəyanat imzaladılar. Bu münasibətlə xalqa müraciətində Prezident İlham Əliyev üçtərəfli bəyanatı haqlı olaraq Azərbaycanın şanlı Qələbəsi kimi dəyərləndirmişdir. Bəyanata əsasən, Ermənistan Azərbaycanın ultimatiumunu qəbul edərək, Kəlbəcər, Ağdam və Laçın rayonlarını dekabr ayının 1-dək boşaldacağı ilə bağlı qrafik təqdim etmişdir.

Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu Şuşanın azad edilməsi ilə kifayətlənməyərək, 2023-cü ilin sentyabr ayında Zəfər yürüşünün davamı olan uğurlu antiterror əməliyyatı keçirərək, ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Cəmi 23 saat 48 dəqiqə davam edən antiterror əməliyyatı Ali Baş Komandanın qətiyyətini, dəmir yumruğun yerində olduğunu, Ordumuzun gücünü bir daha nümayiş etdirdi. Düşmən üç il əvvəl olduğu kimi, yenə ağ bayraq qaldıraraq təslim olmağa məcbur edildi. Bununla da Qarabağda terrorçuların və separatçı rejimin mövcudluğuna birdəfəlik son qoyuldu. Ölkəmizin ərazi bütövlüyü təmin olundu.

2023-cü il iyulun 31-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncam imzaladı. Sərəncama əsasən, Şuşa şəhərinin işğaldan azad edildiyi 8 noyabr tarixi Şuşa Şəhəri Günü kimi qeyd olunur. 

Xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə tarix yazmaqda davam edir. Biz xəyalların gerçəkləşdiyi Azərbaycanın, qalib ölkənin qalib vətəndaşları olmağın tükənməz sevincini yaşayırıq. Bu şanlı tarix təkcə bizim üçün yox, gələcək nəsillər üçün də qürur mənbəyi olaraq qalacaq.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar